Torpeda dərmansəpən (batareyalı) 20l Model: TCKS20
Torpeda dərmansəpən (batareyalı) 20l Model: TCKS20 haqqında:
Erqonomik çiyin və bel asqı sistemi sayəsində operatorun hərəkət sərbəstliyini məhdudlaşdırmır. Sıx əkin sahələrində, istixanalarda və dar cərgəaralarında cihazı rahatlıqla daşımağa və hər bir nöqtəyə maneəsiz daxil olmağa şərait yaradır.
20 litrlik geniş çən tutumu və stabil təzyiq sistemi, bitki xəstəliklərinə və zərərvericilərə qarşı vaxtında, profilaktik müdaxilə etməyə imkan verir. Geniş sahələrin qısa müddətdə dərmanlanmasını təmin edərək məhsuldarlığı qoruyur.
Kimyəvi maddələrlə (pestisid, funqisid və d.) işləyərkən insan sağlamlığının effektiv mühafizəsi məqsədilə fərdi qoruyucu vasitələrdən — xüsusi maska, kimyəvi maddələrə davamlı əlcək və qoruyucu geyimdən (kombinezon) istifadə edilməsi mütləqdir və təhlükəsizlik qaydalarının əsas tələbidir.
Məhsul kodu : 10073