Lentləmə aparatı
Lentləmə aparatı haqqında:
Tam Avtomatlaşdırılmış Sistem ("One Touch"): Lenti cihaza yerləşdirdikdən sonra cəmi bircə düyməyə basmaqla aparat lenti təyin olunmuş dərəcədə dartır, vibrasiya (sürtünmə) vasitəsilə yüksək temperaturlu qaynaq edir və artığını avtomatik kəsir.
Yüksək Dartma Gücü (Tension Force): Ağır sənaye yüklərinin, paletlərin, kərpic, taxta və metal bağlamaların dağılmadan, möhkəm şəkildə paketlənməsini təmin edir.
Batareyalı (Kabelsiz) istifadə: Güclü litium-ion (Li-ion) batareyası sayəsində anbarın istənilən nöqtəsində, kabellərə bağlı qalmadan işləmək mümkündür. Bir şarjla yüzlərlə paketləmə əməliyyatı icra edir.
Rəqəmsal İdarəetmə Paneli: Cihazın üzərindəki LED ekran vasitəsilə lentin dartılma gücü (N-nyutonla) və qaynaq edilmə müddəti (saniyə ilə) materialın qalınlığına uyğun olaraq dəqiq tənzimlənir.
Erqonomik və Dözümlü Gövdə: Ağır iş şəraitinə, zərbələrə davamlı materiallardan hazırlanıb. Balanslaşdırılmış çəkisi sayəsində operatoru yormur.
Məhsul kodu : 10953